PREZİDENT ADMİNİSTRASİYASINDA YENİ TƏYİNAT - Fərid Seyidov KIMDIR? (Yenilənib)

Xəbər verdiyimiz kimi, Fərid Mirmufid oğlu Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

"AzPolitika" xəbər verir ki, "unikal"ın məlumatına görə, o, Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

Belə ki, Fərid Seyidov Gəncə Hərbi Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Respublika Hərbi Prokurorluğunda Ağır Cinayətlərə dair istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi olub. Bir müddət isə Qarabağ hərbi prokuroru vəzifəsini icra edib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Fərid Seyidov əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır.

 

 

***

Azərbaycan Prezidenti İlham Əliyev Administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Bu vəzifəyə Fərid Mirmufid oğlu Seyidov təyin edilib.

Qeyd edək ki, 2023-cü ilin dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.






Fikirlər