Sabiq deputat VƏFAT ETDİ
Azərbaycanda sabiq deputat vəfat edib. APA-nın məlumatına görə, Ağsu sakini, 1950-ci il təvəllüdlü Qulamov Hidayət Həmid oğlu evində ürək çatışmazlığından ölüb. Mərhum bu gün şəhərdəki Şeyx Dursun qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı olmuş H. Qulamov daha sonra rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.