"Milan" klubu fantastik qiymətə satıldı — 800 MİLYON AVRO

"Milan" klubunun prezidenti Silvio Berluskoni Çin mərkəzli bir şirkətə klubun səhmlərinin satılması barədə ilkin razılığa gəlib.

Ölkə.Az xəbər verir ki, İtaliyanın Tuttomercatoweb saytı "Milan" klubunun sahibi Silvio Berluskoninin klubun səhmlərinin 70%-ni 550 milyon avroya indilik adı açıqlanmayan Çin şirkətinə satdığı haqda yazıb. Həmçinin razılaşmada Çin şirkətinin "Milan" klubuna aid 250 milyon dollar borcu da öz üzərinə götürdüyü iddia edilib."Milan" klubundan hələlik rəsmi açıqlama verilməsə də, Berluskoni bir neç gün öncə komandanın son illərdəki uğursuz çıxışına və artan borclarına görə klubu yerli bir şirkətə satacaqlarını, lakin bu alınması Çin mərkəzli bir şirkətin də təklifini dəyərləndirəcəklərini açıqlamışdı.

Qeyd edək ki, eks-baş nazir Berluskoni "Milan" klubunu 1986-cı ildə alıb.






Fikirlər