Arda Turan milli komandadan ayrıldı - VİDEO
Türkiyə millisi bu gün Avropa çempionatında həlledici oyuna çıxacaq. Çexiya ilə qarşılaşma “Ay-ulduzlular”ın turnirdə yoluna davam etmək şansına aydınlıq gətirəcək. Son günlər komanda daxilində yaranan gərginliyin ən azı vacib oyun ərəfəsində azaldığını düşünmək olardı. Ancaq son məşqdə komandanın kapitanı Arda Turanın hərəkəti tənqidçiləri yenidən dilə gətirib. Komanda Çexiya ilə oyunun hazırlıq məşqindən sonra “birlik və bərabərlik” nümayiş etdirmək üçün çiyin-çiyinə dayanaraq şəkil çəkdirib. Ancaq Arda kollektivdən kənarda dayanıb və onun bu hərəkəti Türkiyədə ciddi narazılığıa səbəb olub. Həmin görüntünü təqdim edirik