Xanlar Fətiyev yenidən Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib

Azərbaycan Üzgüçülük Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda Federasiyasının prezidenti vəzifəsinə səsvermə olub. Milli Məclisin deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev yenidən bu vəzifəyə seçilib. Beləliklə, o, 2017-2020-ci illərdə Federasiyaya rəhbərlik edəcək.

Xatırladaq ki, X.Fətiyev 2012-ci ilin iyulundan Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidir.






Fikirlər