Azərbaycanda nazirin 300 min manatlıq at almasına RƏSMİ REAKSİYA

Azərbaycanda nazirin 300 min manatlıq at almasına

"Əgər bunun sübutu yoxdursa, danışmağın mənası yoxdur. Mən sarı mətbuatın yazdığına cavabdeh deyiləm"

AzerTaym.az xəbər verir ki, bunu istipress-ə Gənclər və İdman nazirliyin mətbuat katibi Səmayə Məmmədova deyərək mətbuatda nazir Azad Rəhimovun Atçılıq Mərkəzində 300 min manatlıq at məxsus olması xəbərləri təkzib edib.
Yerli saytlarda Azərbaycanın Atıcılıq Federasiyasının nəzdində olan Atçılıq Mərkəzindəki atlar və sahibləri haqqında yeni məlumatlar yayılıb. Məlumatda qeyd olunub ki, mərkəzdəki ən bahalı atlardan biri gənclər və idman naziri Azad Rəhimova məxsusdur. Bildirilir ki, nazir atının qiyməti təxminən 250-300 min manat dəyərindədir. Atın əsas çaparı isə olimpiya iştirakşısı Camal Rəhimovdur. Həmin atın ərəb atı olduğu da iddia olunur.
Gənclər və idman naziri Azad Rəhimov və Səmayə Məmmədova
Azad Rəhimov və Səmayə Məmmədova






Fikirlər