Həyat yoldaşına görə millini TƏRK ETDİ
"Yuventus"un futbolçusu Andrea Barzalyi İtaliya millisinin düşərgəsini tərk edib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna onun həyat yoldaşı ilə problem yaşaması səbəb olub.
Məlumatı millinin baş məşqçisi Campyero Ventura təsdiqləyib: “Andrea mənə xanımı ilə yaşadığı ciddi problemdən bəhs etdi. Onun dedikləri məni təəccübləndirdi. Buna görə də, Barzalyini buraxdım. O, Hollandiyaya qarşı oynamayacaq”.
Qeyd edək ki, Andrea Barzalyi 2004-cü ildən İtaliya millisində çıxış edir.