Avropa futbolunda daha bir seks qalmaqalı üzə çıxıb. Fanat.az xəbər verir ki, Danimarkanın "Randers" klubunda çıxış edən Yonas Borrinqin həyat yoldaşı onu komandanın kapitanı Kristian Kellerlə aldadıb.
Həyat yoldaşı ilə komanda yoldaşının xəyanətəni öyrənən futbolçu komandadan ayrılıb. Olayı öyrəndikdən sonra şoka düşdüyünü, komanda yoldaşının və arvadının onu kürəyindən bıçaqladığını bildirən Borrinq "Həyat yoldaşımla Keller arasında baş verənləri öyrəndikdən sonra komandada qalmağım mümkün deyildi. Uzun müddət geri dönməyi düşündüm. Amma bacarmadım. "Randers" mənim üçün çox dəyərli klubdu. Mənə hər zaman dəstək olan azarkeşləri unutmayacam. O, futbolun yazılı olmayan bir nömrəli qaydasını ayaqladı və mənim kürəyimdən bıçaqladı" deyib.
Məsələ ilə bağlı açıqlama verən Kellər isə hələ Borrinqlə danışmadığını bildirib: "Komandadakı digər yoldaşlarıma nələrin baş verdiyini və nələr hiss etdiyimi anlatdım. Duyğusuz bir insan deyiləm. Borrinq və komanda yoldaşlarımın nələr hiss etdiyini anlaya bilirəm. Amma mən ürəyimin və qəlbimin sözünə qulaq asdım. Bu səbəbdən çətin vəziyyətdəyik. Komandaya çox kömək edə biləcək bir oyunçunu itirdik. Amma daha əvvəl də komandadan ayrılan futbolçular oldu və biz uğur qazandıq. Bir futbolçu getdiyi deyə futbol oynamaqdan imtina etməyəcəyik".
Xatırladaq ki, bu futbol dünyasında ilk belə hadisə deyil. Belə ki, 2010-cu ildə ortaya çıxan bənzər olay İngiltərədə baş vermişdi. Həmin vaxt İngiltərə millisinin və "Çelsi"nin kapitanı Con Terrinin hər iki komandada birlikdə oynadığı Ueyn Bridgenin həyat yoldaşı ilə birlikdə olduğu ortaya çıxmışdı. Bu olaydan sonra iki futbolçunun münasibətləri pozulmuş və Bridge "Çelsi"ni tərk edərək "Mançester Siti"yə keçmişdi.