"Futbolçularımız məsuliyyəti dərk edir. Bilirik ki, sürətli oyun sərgiləməsək, "Anderleхt"lə başabaş mübarizə apara bilmərik". Fanat.az хəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Sabah Avropa Liqasında "Anderleхt"i qəbul edəcək təmsilçimizin baş məşqçisi bu gün mətbuat konfransı keçirib. Qurbanov rəqiblə bağlı fikirlərini bildirib: "Sabah bizi çox sürətli komanda ilə oyun gözləyir. Belçikalılar böyük təcrübəyə malikdi. Ona görə də ehtiyatlı olmalıyıq. Çünki rəqibin heyətində matçın taleyini təkbaşına həll etməyə qadir futbolçular var. Çofx sürətli və istəkli komandaya qarşı oynayacağıq. “Anderlext” həmişə öz transferlərinə görə çoxlarından üstün olub”.
Baş məşqçi komandada hər şeyin qaydasında olduğunu bildirib: "Əhval-ruhiyyə yaxşıdı. Futbolçular arasında problem olması barədə xəbərlər hardan çıxıb, bilmirəm. Amma şükürlər olsun ki, komandada hər şey yaxşıdı. Futbolçular arasında insidentin baş verməsini nə mən görmüşəm, yəqin ki, nə də siz eşitmisiz. Belə şeylər mənə çatmır".
Qurban "Sabah risk edib, meydana 2 hücumçu buraxacaqsızmı? Bir də komandada psixoloji hazırlıqla bağlı iş gedirmi?" suallarına belə cavab verib: "Mənə dəfələrlə belə sual veriblər. Ola bilsin ki, hər hasnı bir idman növündə psixoloq lazım olsun. Ancaq mənim komandama psixoloq lazım deyil. Özüm onlarla lazımi qaydada danışıram. Nəticəyə gəldikdə isə buna normal baxıram. Biz “Tottenhem”lə oyunda bir qol vurduqdan sonra üçünü buraxdıq, “Mançester Siti” isə dördünü. Bunlar furbolda normal haldı. Sabahkı oyunda da heç bir psixoloji gərginlik olmayacaq. Futbolçularıma inanıram. Mən nadir hallarda 2 hücumçu meydana buraxıram. Amma bəzən 3-4 hücumçu da oynadıram. Cinah oyunçularından bu gün başqa oyun tələb edilir. Sabah mən Reynaldonu sol və ya sağ cinaha qoysam, siz ona yarımmüdafiəçi kimi yox, hücumçu kimi bafxacaqsız. Sabah yeri gələndə 3 hücumçu da görə bilərsiz, hücumda oynayan 6 futbolçu da. Biz hücumda ola-ola müdafiə olunmağı bacarmalıyıq. Eyni zamanda, müdafiədə oynayanda özümüzü hücumdakı kimi hiss edirik".
Fanat.az
Fikirlər