SALAH Rusiyada DAVA SALDI VƏ...
Misir yığmasının hücumçusu Məhəmməd Salahla Misir Futbol Federasiyasının rəhbərliyi arasında dava düşüb. Bu barədə “Egypt Today” nəşri məlumat yayıb. Xəbərə görə, “Liverpul”la şöhrətə qovuşan Salah Misir yığmasının Dünya Çempionatına hazırlıq şəraitini bəyənməyib. Buna görə federasiyaya irad bildirib və nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Salah Səudiyyə Ərəbistanı ilə oyuna çıxmayacağını bildirib və millinin düşərgəsini tərk edib. Onun hətta Rusiyanı vaxtından əvvəl tərk edəcəyi bildirilir. Qeyd edək ki, Misir yığması bu il dünya çempionatında qarşılaşdığı hər iki rəqibinə uduzub və xal yığa bilməyib.