Avropa Oyunları vaxtı avtobus qəzası keçirən idmançıdan xəbər var

Avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviç tezliklə müalicə olunduğu xəstəxananı tərk edəcək.

“Azərtac”a istinadən məlumata görə, Avstriya Milli Olimpiya Komitəsindən məlumat verilib ki, Avropa Oyunları öncəsi Bakıda avtobus qəzasında xəsarət almış avstriyalı atlet bu ayın sonunadək xəstəxanadan buraxılacaq, reabilitasiya kursuna başlayacaq.

 

Avstriya Milli Olimpiya Komitəsinin baş katibi Peter Mennel bildirib ki, Aşağı Avstriyada yerləşən reabilitasiya mərkəzlərindən birində V. Sahinoviç ən optimal şərtlər altında müalicəsini davam etdirəcək və reabilitasiya prosesi keçəcək.






Fikirlər