İstanbulda Putinin şəkli ilə qalmaqal yaradan FUTBOLÇU CƏRİMƏLƏNDİ
"Lokomotiv" "Fənərbağça" ilə oyundan sonra Vladimir Putinin təsviri olan maykasını nümayiş etdirən futbolçusu Dmitri Tarasovu qalmaqal yaratdığı və siyasi mesaj verdiyi üçün 300 min avro dəyərində cərimələyib. AzerTaym.az xəbər verir ki, klub yarımmüdafiəçiyə daha bir xəbərdarlıq edib. Qitə futbol qurumunun yaxın günlərdə Tarasovu cəzalandıracağı gözlənilir. Çünki UEFA siyasətin futbola qarışdırılmasını kəskin şəkildə pisləyir. Qeyd edək ki, Tarasovun illik məvacibi 2,4 milyon avrodu/
Əgər UEFA Moskva təmsilçisini cərimələsə, həmin məbləğ də futbolçunun maaşından tutulacaq. Tarasov fevral ayındakı bütün bonuslardan da məhrum olub.