FİFA dünya çempionatına xərcləyəcəyi MƏBLƏGİ açıqlayıb
FİFA Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının hazırlıq işlərinə 450 milyon dollar ayıracaq. "Report"un məlumatına görə, bu barədə FİFA-nın maliyyə hesabatında bildirilir. Rəsmi saytda dərc olunan sənədə əsasən, daha 55 milyon dolların 2017-ci il Konfederasiyalar Kubokuna yönəldilməsi planlaşdırılıb. Qeyd edək ki, DÇ-2018 Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.