“KOMANDANIN VƏZİYYƏTİ ÇOX PİSDİR” - Vәli QASIMOV
Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "İnter"i minimal hesabla məğlub edən "Neftçi"nin baş məşqçisi Vəli Qasımov oyunla bağlı fikirlərin bölüşüb. "Qafqazinfo" xәbәr verir ki, Qasımov matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib: - Oyunun çətin keçəcəyini bilirdik. Bu gün düzgün hazırlığın bəhrəsini gördük. - Komandanın nəticələri yaxşı olsa, baş məşqçi postunda qalacaqsız? - Araz Abdullayevin sonradan meydana çıxmasının səbəbi nə idi? - Kanalesin oynamamasına səbəb nə idi? - Bu gün meydana 4 gənc oyunçu buraxmışdız. Buna əsasən demək olar ki, komanda çempionatdan əlini üzüb, kuboka köklənib?
- Komandanın vəziyyəti çox pisdi. Hələ qalıb-qalmayacağım bəlli deyil.
- Arazın sonradan meydana çıxmasına səbəb yığmadan yorğun qayıtması idi.
- Kanalesin meydana çıxmamasına səbəb onun əzələlərində yorğunluq olması idi.
- Bəli, bu gün gənc oyunçulara şəns verdik. Gələn oyunlarda da şans verəcəyik. Bizim üçün kubok da, çempionat da vacibdi. Kubok oyunlarına hazırlaşmaq üçün vaxtımız var.