23 qat Olimpiya çempionu köpəkbalığına UDUZDU

Üzgüçülük idmanı tarixində yeganə 23 qat Olimpiya çempionu, Amerika üzgüçüsü Maykl Felps 100 metr məsafəyə üzmə yarışında ağ köpəkbalığına uduzub.

Axar.az xəbər verir ki, “Köpəkbalıqları həftəsi” layihəsi çərçivəsində “Discovery” telekanalı tərəfindən təşkil edilmiş yarış Cənubi Amerika ərazisindəki Mossel körfəzində baş tutub.

Əfsanəvi Olimpiya çempionu ilə qonşu cığırda yarışan köpəkbalığı kompüter modelinin köməyi ilə imitasiya olunub.

Nəticədə xüsusi monoplastlı hidrokostyum geyinmiş 32 yaşlı Felps saniyəölçəni 38,1 saniyədə dayandırıb. Köpək balığı 36,1 saniyə nəticə göstərib.

M.Felps iştirak etdiyi beş Olimpiadada 28 medal (23 qızıl, üç gümüş və iki bürünc) medal qazanıb. 2016-cı il Rio-de-Janeyro Olimpiadasından sonra karyerasının başa çatdığını elan edib.






Fikirlər