"QALATASARAY" 21-ci dəfə TÜRKİYƏ ÇEMPİONU oldu
"Qalatasaray" klubu futbol üzrə Türkiyə çempionatının 34-cü turunda "Göztəpə" üzərində qələbə qazanaraq (1:0) ölkə çempionu olub. “Report” xəbər verir ki, matçda yeganə qolu qonaqların fransalı hücumçusu Bafetimbi Qomis penaltidən vurub. "Qalatasaray" 72 xal yığaraq Türkiyə çempionatının yekun turnir cədvəlində "Fənərbağça" və "İstanbul Başakşehir"i 3 xal qabaqlayıb. Fatih Terimin komandası ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yaxşılaşdırıb. "Fənərbaxça"nın 19, "Beşiktaş"ın isə 15 titulu var.