Üç böyüklər”i Azərbaycanda gözləyirik” – Qurban Qurbanov Qurban QURBANOV
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin üç boyük klubunu Azərbaycanda görmək istədiyini bildirib. Qol.az-ın xəbərinə görə, “Anadolu” agentliyinə müsahibəsində o bildirib ki, bu komandalarla yoldaşlıq görüşünü keçirməkdən məmnun olarlar: “Həm Türkiyə, həm də bizdə liqa çox çətindir. Öz aramızda oyun keçirmək üçün təqvim müəyyələşdirmək asan deyil. Amma iki qardaş ölkə arasında futbol matçları olarsa, futbol əlaqələrimiz də yaxın olar. Bizdə də “Beşiktaş”lılar, “Qalatasaray”lılar, “Fənərbaxça”lılar var. Azərbaycanlılar bu üç komandaya daha çox azarkeşlik edir. Azərbaycanda bu komandalarla oyun böyük maraq doğurar. Bu səbəbdən “üç böyüklər”i Azərbaycanda gözləyirik”. Q.Qurbanov bildirib ki, bu komandalardan biri ilə avrokuboklarda görüşmək daha maraqlı olar: “Futbolumuz inkişaf edir. Gələcəkdə Türkiyə komandalarından biri ilə avrokuboklarda qarşılaşacağımıza inanıram”. Q.Qurbanov bu mövsüm Avropa Liqasında Yunanıstanın PAOK komandasına qarşı 2 dəfə oynadıqlarını, “Qalatasaray”ın yeni transferi Qarri Rodrigesin də bu görüşlərdə iştirak etdiyini söyləyib: “Rodrigesdə bir futbolçuda lazım olan önəmli qabiliyyətlər var. Çox sürətli və texnikalı oyunçudur. Onun “Qalatasaray”a güc qatacağına inanıram”. Ağdam klubunun baş məşqçisi Türkiyə superliqası barədə də danışıb: “Başakşehir” böyük bir performans göstərdi. Onlara uğurlar arzulayıram. Çempion olmaları türk futboluna fayda verər. Çünki bu, yenilik olacaq. Daha çox “Beşiktaş”ın oyunlarını izləyirəm. Çox təcrübəli baş məşqçiləri var”. Q.Qurbanov ən çox bəyəndiyi türkiyəli futbolçunun isə “Bayer”də oynayan Hakan Çalhanoğlu olduğunu deyib.