"Futbolçular hətta topu hiss edə bilmirdilər" - Baş məşqçi

Картинки по запросу qurban qurbanov

 Futbolçuların çxıışından razı qaldım. İlin sonları olsa da, yaxşı oynadılar. Onlara göstərdikləri oyuna görə təşəkkür edirəm. Oyuna gələn azarkeşlərə də təşəkkür edirəm.

Bu cür havada komandanı dəstəklədilər. Belə havada oynamaq çətin idi .  

Modern.az saytı xəbər verir ki, qol.az-ın  məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 14-cü turunda "İnter"lə oyundan (0:0) sonra deyib.

"İlk hissədə həddən artıq soyuq idi. Futbolçular hətta topu hiss edə bilmirdilər. Səbəb axtarmazdım, amma diqqətli olsaydıq, qələbə qazana bilərdik" - deyə o bildirib.

Qurbanov 2016-cı ildə xeyli sayda uğurlu oyun keçirdiklərini, amma çatışmayan yeganə məqamın Avropa Liqasında qrupdan çıxa bilməmələri olduğunu söyləyib:

 "Ölkə çempionu olduq, kuboku qazandıq və Avroliqada qrupa vəsiqə qazandıq. Minimum vəzifəni yerinə yetirdik. Qrupdan çıxmaq istəyirdik. Ancaq alınmadı. Ötən illərə nisbətən daha çox xal toplasdıq. Bəzi oyunçuların çıxışından narazı qaldım. Ancaq ümumi götürəndə razıyam".

 - Namiq Ələsgərov son vaxtlar formada deyil. İcarəyə verilə bilər?

 - Bu barədə heç bir söz deyə bilmərəm. Nə isə dəyişiklik olsa, bu barədə məlumat verəcəyik. Onu bu gün meydana buraxmaq istərdim. Ancaq hava şəraiti yaxşı olmadığından, meydana buraxmadım.

 - Türkiyədə simpatiya bəslədiyiniz komandanın "Beşiktaş” olduğunu demişdiniz. Bu yaxınlarda bu komandayla oynamaq ehtimalınız var...

 - Bəli, Türkiyə klublarından "Beşiktaş”a azarkeşlik edirəm. Rəhbərlik səviyyəsində danışıq olub. Oyunun nə vaxt keçiriləcəyini bilmirəm. Bu, bizim üçün yaxşı təcrübə olacaq. Dost ölkə, dost komandaya qarşı oynayacağıq. Fikrimcə, bu oyunun klub üçün faydası çox olacaq.

- Bu yaxınlarda qəza törətmiş Emil Balayevlə danışmısınız?

- O, pis maşın idarə etmir. Bu, hamının başına gələ bilər. Çox üzgündür. Ona səbr diləyirəm. Balayevdə günah axtarmaq, tənqid etmək düzgün olmaz.

 






Fikirlər