“Çox istəyirdik ki, qalib gələk. Rəqibin gücünü bilirdik. Qrupda məğlub olmayıblar. Matçın 10 dəqiqəsini əldən verdik. Futbolçulardan razı qaldım. Onlara heç bir irad bildirmədim. Belə rəqiblə oyunda bir xal qazanmaq asan deyil”.
ANS PRESS-in məlumaına görə, bu sözləri “Monako” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov azarkeşlərə təşəkkür edib: "Komanda adından azarkeşlərə də minnətdarlığımı bildirmək istərdim. Onlar bizi əla dəstəklədirlər. Onlara bu dəstəyə görə 5+ verərdim".
"Buraxılan qol epizodunda Şehiçin oyunu barədə nə deyə bilərsiniz" sualına baş məşqçinin cavabı belə olub: "Şehiç bu gün əla oynadı. Sadəcə, mən də hiss etdim ki, İbrahim topa əllə gedə bilərdi. Amma bunu da normal qarşılayıram. Hər halda, bu gün matçda özünü ən yaxşı tərəfdən göstərdi. Sehiç o topu da qaytarsaydı, qəhrəman olardı".
"Qarabağ" - "Monako" oyunu 1-1 hesabı ilə başa çatıb. Ağdam klubu qrup lideri ilə oyunda qələbəni sona 18 dəq qalmış əldən verib."Qarabağ" 4 oyundan sonra aktivinə 4 xal yazdıraraq turnir cədvəlində sonuncu yerdə qaldı.(Azərtaym.az)