Tanınmış futbolçu HƏBS OLUNDU
Bir zamanlar Türkiyənin “Fənərbaxça” komandasında forma geyinən futbolçu Zəfər Biryol FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılıb. Publika.az xəbər verir ki, futbolçu İstanbul Respublika Ali Məhkəməsi Terror və Təşkilatı Cinayət Bürosunun apardığı anti-terror əməliyyatları çərçivəsində həbs edilib. “Qol kralı” ləqəbli futbolçunun FETÖ üzvlərinin istifadə etdiyi "ByLock" proqramının da istifadəçisi olduğu təsbit edilib. Qeyd edək ki, Zəfər Biryol kariyerası ərzində “Göztəpə”, “Konyaspor”, “Fənərbaxça”, “Çaykur Rizəspor”, “Bursaspor” və “Mərsin İdmanyurdu” komandalarında forma geyinib.