QUBAD İBADOGLU: Azərbaycan iqtisadiyyatı bu ilin 1-cü rübündə 3.5 faiz kiçilib

Qubad İbadoğlu: Azərbaycan iqtisadiyyatı bu ilin 1-cü rübündə 3.5 faiz kiçilib

İqtisadi tənəzzül dərinləşir, hökümət isə yalnız neftin bahalaşması üçün "dua" edir 

 

İqtisadçı professor Qubad İbadoğlu Azərbaycan iqtisadiyyatının son durumuna dair fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. Musavat.com tanınmış iqtisadçınını statusunu oxucularına təqdim edir.
***
Dövlət Statisitika Komitəsinin son məlumatına görə, Azərbaycan iqtisadiyyatı bu ilin 1-cü rübündə 3.5 faiz kiçilib. Belə ki, rəsmi məlumata görə, 2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Milli qitisadiyyatda kiçilmənin əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması göstərilir. Əslində isə hazırkı tənəzzülün başlıca səbəbi hökümətin işinin öhdəsindən gələ bilməməsi, kompleks yanaşma və kordinasiya olmadığından iqtisadi siyasətə məsul olan ayrı-ayrı dövlət qrurumlarının əlaqələndirilməyən fəaliyyətidir. Belə ki, dövriyyədəki manat kütləsini məhdudlaşdıraraq buxovlayıcı monetar üsullara və inzibati tənzimləmə vasitələrinə üstünlük verən Mərkəzi Bank heç bir iqtisadi məntiqlə izah olunmayan məzənnə siyasəti yeritməklə iqtisadiyyatda manat qıtlığı yaradaraq yeni situasiya formalaşdırıb. Bununla inflyasiyanın cilovlanmasına çalışan Mərkəzi Bank hazırkı siyasəti ilə alıcılıq qabliyyətinin və işgüzar fəallığı aşağı salıb. Beləliklə də ÜDM artımın da tormozlayaraq, yeritdiyi siyasətlə onun aşağı düşməsini təmin edir. Digər tərəfdən də dövlət büdcəsinin xərc hissəsinin icra səviyyəsini 1-ci rübdə 73 faizə endirən Maliyyə Nazirliyi də öz növbəsində məhdudlaşdırılmış fiskal siyasəti ilə həm büdcənin istehlak yönünü gücləndirilməsinə, həm də dövlət xərclərinin süni azaldılması nail olaraq işgüzar aktivliyin aşağı salınmasına xidmət edir. Nəticədə monetar və fiskal siyasətə məsul olan hər iki dövlət orqanının yalnış siyasəti nəticəsində həm ÜDM aşağı düşür və həm də işsizlik artır. 
Bütün bunları kordinasiya etmək əvəzinə hökümət hələ də neftin qiymətinin bahalaşacağına və əvvəlki kimi iqtisadiyyatda lazım olan gəlirlərin bir resurs hesabına təmin ediləcəyinə umidlidir. Amma hətta neftin qiymətinin əvvəlki səviyyədə bahaşsa da belə bu hökümət Azərbaycan iqtisadiyyatını tənəzzüldən çıxara bilməyəcək. Çünki, ölkəəd qiymətlə yanaşı hasilat da düşür, istehsal xərcləri isə artır, islahatlar da aparılmır.






Fikirlər