Təhsil kreditlərini təhsil MÜƏSSİSƏLƏRİ verə bilər

Təhsil kreditlərini təhsil müəssisələri verə bilər

Azərbaycanda təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən iş aparılır. 

"Report"un verdiyi xəbərə görə, bunu malıiyyə naziri Samir Şərifov bildirib.
"Təhsil kreditləri ilə bağlı konkret məlumat verə bilmərəm. Bu gün iqtisadi durumu, əsasən də inflyasiyanın nisbətən yüksək olduğunu nəzərə alsaq, 12-13%-lə təshil kreditlərinin alınması əlverişli olmayacaq. Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aprılır. Həm Təshil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən işlər görülür. Bu barədə yaxın gələcəkdə, payız sessiyasına müəyyən məlumat veriləcək", - deyə nazir əlavə edib.
AzerTaym.az






Fikirlər