Dünyanı idarə edən 25 ailə — FOTOSU BELƏ olmayan var

Dünyanı idarə edən 25 ailə — Fotosu belə olmayan var

Ölkə.Az Forbes jurnalına istinadən dünyanın ən zəngin 25 ailəsinin siyahısını təqdim edir:

Siyahının 25-ci pilləsində Gallo ailəsi dayanır. Ailə spirtli içkilərdən pul qazanır. Ümumi sərvətləri 10,7 milyard dollardır.


24-cü yerdə Rockefellər ailəsi qərarlaşıb. Gəlir mənbəyi əsasən neftdir. Ailənin sərvəti 11 milyard dollardır.


23-cü yeri Butt ailəsi tutur. Ailə 11 milyard sərvətini HEB marketlər zəncirinə borcludur.


22-ci yerdə Mellonlar ailəsi dayanır. 11,5 milyard dollarlıq sərvətə bank işi ilə nail olublar.


21-ci yerdə Marşal ailəsi dayanır. 12 milyardlıq sərvətin qaynağı neftdir.


20-ci yerdə Broun ailəsinin adı çəkilir. Ailə 12,3 dollar sərvəti alkoqollu içkilər hesabına qazanıb. Ailə haqqında geniş məlumat və fotonun olmaması isə daha da maraq doğurucudur.


19-cu yerdə Saçkler ailəsi dayanır. Ailə 13 milyardlıq sərvətə dərman preparatlarının istehsalı ilə nail olub.


18-ci yerdə Buş ailəsi qərarlaşıb. Bu ailə də 13,5 milyon dollar sərvəti spirtli içkilər hesabına qazana bilib.


17-ci yerdə Hunt ailəsi dayanır. Sərvətləri 13,7 milyard dollara bərabərdir. Gəlir mənbəyi neftdir.


16-cı yerdə Goldman ailəsi dayanır. 13,7 milyard dollarlıq sərvətin əsas qaynağı daşınmaz əmlak alveridir.


15-ci yerdə Du Pont dayanır. 14,5 milyardlıq sərvəti kimya sənayesinə borcludurlar.


14-cü yerdə Ziff ailəsi dayanır. 14,4 milyardlıq sərvəti sərbəst yayım fondları vasitəsi ilə qazanıb.


13-cü yerdə duran Dorrance ailəsinin 17,1 milyardlıq sərvətinin əsas qaynağı Campbell Soup Co şirkətlər qrupudur.


12-ci yerdə Lauder ailəsi dayanır. 17,9 milyard dollarlıq sərvət kosmetik vasitələrin satışından əldə edilib.


11-ci yerdə Nyuhaus ailəsi dayanır. 18,5 milyardlıq sərvətin qaynağı nəşriyyat və yayımçılıqdır.


10-cu yerdə Dunkan ailəsi dayanır. 21,5 milyardlıq sərvətin qaynağı boru kəmərləri və enerji mənbələridir.


9-cu yerin sahibi Herst ailəsidir. 28 milyardlıq sərvətə Hearst Medya sayəsində nail olublar.


8-ci yerdə Edvard Conson ailəsi dayanır. 28,5 milyardlıq sərvətin mənbəyi investisiya fondlarıdır.


7-ci yerdə qərarlaşan Pritzkler ailəsi 29 milyard sərvətə otelçilik biznesi ilə nail olub.


6-cı yerdə Conson ailəsi dayanır. 30 milyard dolları təmizlik vasitələrinin istehsalı və satışı sayəsində qazanıb.


5-ci yerdə Cox ailəsi dayanır. 41 milyardlıq sərvətin qaynağı media və texnoloji qurğulardır.


4-cü yerin sahibi Cargill-MacMillan ailəsi 49 milyard dollara kənd təsərrüfatı məhsullarının istehsalı ilə nail olub.


3-cü yerdə Mars ailəsi dayanır. Sərvətlərii 78 milyard dollar təşkil edir. Şirniyyat və qida məhsullarının istehsalı ilə məşğuldurlar.


2-ci yerdə energetika bazarına yiyələnmiş 82 milyard dollar sərvətlə Koc ailəsi dayanır.


Və nəhayət 1-ci yerin sahibi - ən varlı ailə - 130 milyard dollar sərvətə malik Valton ailəsi "Valmart" marketlər şəbəkəsinin sahibidir.

 






Fikirlər