“Azərişıq” “ASAN Xidmət”də göstərilən xidmətlərin sayını artıracaq

 

Abonentlərə yüksək səviyyəli xidmətin göstərilməsi üçün "Azərişıq" ASC "ASAN xidmət” mərkəzləri ilə artıq 3-cü ildir ki, müştərək fəaliyyət qurub. Hal-hazırda Bakı şəhərində 1,2,3,4,5 saylı "ASAN xidmət” mərkəzlərində və regionlarda Sumqayıt, Sabirabad və Bərdə, Gəncə, Qəbələ "ASAN xidmət” mərkəzlərində "Azərişıq” ASC-nin fəaliyyəti davam etdirilir.
"Azərişıq”ASC-nin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədi ilə 2016-cı ilin sentyabr ayının 5-dən etibarən Masallı "Asan Xidmət” mərkəzində də xidmətə start verilib. Artıq qeyd edilən mərkəzdə abonentlər "Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən faydalana bilərlər. Hazırda "Azərişıq” ASC "ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara:
-Borcun olmamasına dair arayışın verilməsi,
-Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi,
-Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması,
-Qeyri əhali üzləşmə aktların verilməsi.
-Borcun araşdırılması xidmətlərini göstərir.
Xatırladaq ki, "ASAN Xidmət”lə fəaliyyətin ötən üç ilində, 2014-cü ildə 14 min 321 nəfər, 2015-ci ildə 23 458 nəfər, 2016-cı ilin artıq 9 ayında 32 min 861 nəfər, ümumilikdə 70 min 640 vətəndaşa xidmət göstərilib.
Xidmət göstərilən vətəndaşlardan 21 min 656 nəfər araşdırma, 12 min 364 nəfər arayışın verilməsi, 11 min 645 nəfər ad dəyişmə, 24 min 775 nəfər texniki şərtlərin verilməsi üçün müraciət edib. Bütün xidmətlər "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən yüksək səviyyədə icra olunub və müştəri məmnuniyyəti təmin edilib.
Bütün bunlarla yanaşı "ASAN Xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayının artırılması məqsədi ilə xidmətin mərkəzlərində çalışan əməkdaşlar üçün "Azərişıq” ASC-nin Tədris Mərkəzində xidmətlərin icrası ilə bağlı təlimlərə də start verib. Təlimlər 14 mövzu ətrafında aparılır və əməkdaşların ən üst texnologiya ilə işləmək vərdişini aşılayır. Treninqlər "Azərişıq” ASC-nin peşəkar kadrları olan Vüqar Həşimov və Araz Məmmədzadə tərəfindən həyata keçirilir. Peşə hazırlığı təlimlər 6 gün ərzində keçiriləcək. Əməkdaşlara tədris edilən mövzular üzrə dərs vəsaitləri də təqdim ediləcək.






Fikirlər