ELMAN RÜSTƏMOVDAN İLGİNC AÇIQLAMA - “90-cı illərdə bundan pis olub”

Картинки по запросу elmar rüstəmov

“Uzun illər hakimiyyətdə olan biri kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxdıqda həqiqətən də vəziyyətin gələn il mürəkkəb olacağını deyə bilərik. Amma bu o demək deyil ki, vəziyyət çox pisdir. Azərbaycan 90-cı illərdə bundan da pis durumlarda yaşayıb”.

Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov 2017-ci il dövlət büdcə layihəsinin Milli Məclisin komitələrində müzakirəsi zamanı deyib.

Elman Rüstəmov söyləyib ki, deputat Zahid Orucun tutduğu irad və etdiyi tənqid yerindədir: “Bu gün formalaşmış büdcəyə böyük əmək qoyulub. Maliyyə Nazirliyinin böyük zəhməti var. Zahid Orucla razılaşıram ki, bizim kommunikasiya siyasəti effektli deyil”.

Mərkəzi Bank rəhbərinin 90-cı illəri yada salması ölkəni hansı ağır günlərin gözlədiyini bir daha göstərir. Xatırlatmaq artıq olar ki, 90-ci illərdə ölkədə sözün əsl mənasında aclıq var idi.

 






Fikirlər