Hansı məhsullar bahalaşacaq? - Ekspertlərdən münasibət

Hansı məhsullar bahalaşacaq? - Ekspertlərdən münasibət

"Qiymət artımının əhaliyə təsiri böyük olmayacaq”.

Bunu Toplum.Tv-yə Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev son qiymət artımının digər xidmətlərin qiymətinə təsir edib-etməyəcəyi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
Похожее изображение
Onun sözlərinə görə, bu qiymət artımı metropolitenə təsir etməyəcək: "Qiymət artımının əhaliyə  təsiri böyük olmayacaq. Müəssisələrə, şirkətlərə təsiri böyük olacaq. Metropolitendən başqa bütün sahələrə qiymət artımı təsir edəcək. Metropolitenə büdcə hesabından otuz milyon manat verilir. Ona görə də, metropolitendə gedişhaqqı bahalaşmayacaq. Amma bu qiymət artımı zəncirvari olaraq, təbii ki,  istehlak bazarına da təsir edəcək". 
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov açıqlamasında bildirib ki, qiymət artımı kənd təsərrüfatı məhsullarına təsir edəcək, məhsulların qiyməti qalxacaq:
Картинки по запросу Vahid Məhərrəmov
"Qiymət artımından sonra qazın, elektrik enerjisinin qiymətinin qaldırılması kənd təsərrüfatı məhsullarının  qiymətini artıracaq. Kənd təsərrüfatı məhsullarının istehsalında, bəzi hallarda qazdan, əksər hallarda elektrik enerjisindən istifadə olunur. Digər tərəfdən, emal müəssisələrində həm qazdan, həm elektrik enerjisindən istifadə edilir. Məsələn, heyvandarlıqda da elektrik enerjisindən istifadə edirlər. Yəni kənd təsərrüfatı məhsullarının həm istehsalında, həm saxlanmasında elektrik enerjisindən istifadə olunur. Elektrik enerjisinin və qazın qiymətinin bahalaşdığına görə istehsalla məşğul olan sahibkarların xərci də artır. Ona görə də sahibkar satışa çıxardığı məhsulun qiymətini qaldırıb əlavə xərci konpensasiya edəcək”. 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Toplum.Tv-yə açıqlamasında qeyd edib ki, məhsulun istehsalında qazdan və elektrik enerjisindən istifadə olunursa, həmin məhsulun qiymətinin artması normaldır:
Картинки по запросу Ruslan Atakişiyev
"Qiymət artımı qeyri-əhali qrupuna, yəni bəzi müəssisələrə, şirkətlərə aiddir. Hər hansı bir müəssisədə məhsulun istehsalında qazdan və elektrik enerjisindən istifadə olunursa, məhsulun satış qiymətinin artması normaldır. Kommunal xərclər də istehsal xərci kimi götürülür. İstehsal xərcində ümumi qiymət artımı baş versə, ümumi həcmində nə qədər enerji sərf olunursa bu, ümumi həcmə vurulur və məhsulun 1 ədədinə və ya məhsulun sayına görə bölünür.  Həmin məhsulun qiymətində artım gözlənilir. Satışa çıxdıqda yeni məhsul yeni qiymətlə çıxmış olur”.
Deputat Vahid Əhmədov isə Milli Məclisin komitələrində 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, bahalaşma ciddi problemlər yaradacaq: "Kommunal xidmətlərin bahalaşması insanlara əlavə yük olacaq. İstər-istəməz digər məhsulların qiyməti də artacaq və ciddi problemlər yaranacaq".
Картинки по запросу Vahid Əhmədov
O həmçinin qeyd edib ki, əhalidən kommunal xidmətlər üzrə ödənişlərin yığılması, ən yaxşı halda, 75 faizə çatırdı. Bundan sonra bu hədd aşağı düşəcək.
Xatırladaq ki, Tarif Şurasının noyabrın 28-də keçirilən toplantısında qazın və elektrikin qiymətləri qaldırılıb. Bu haqda Şuranın yaydığı press-relizdə bildirilir. 
Şura bildirir ki, qazın və elektrikin tariflərinin qaldırılması ilə bağlı Dövlət Neft Şirkəti (SOCAR), "Azərenerji” ASC və "Azərişıq” ASC müraciət edib. 
Ekspertlər son qiymət artımının digər mal və xidmətlərin qiymətinə də təsir edəcəyini deyirlər. Çörək, qatarların qiyməti, hətta benzinin də qiymətinin artacağını deyənlər var.






Fikirlər