Azərbaycanlı iqtisadçı “Forbes”ə müsahibə verdi

Azərbaycanlı iqtisadçı “Forbes”ə müsahibə verdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Forbes” jurnalına müsahibə verib.

Aznews.az xəbər verir ki, “Forbes” jurnalında Azərbaycanın neftdən sonrakı dövr üçün inkişaf perspektivlərindən bəhs edilən məqalə yer alıb. Yazının müəllifi qeyd edib ki, neft gəlirlərindən istifadə edən Azərbaycan yeni iqtisadi sahələrin – nəqliyat, kənd təsərrüfatı və turizm - inkişafına önəm verir. “Forbes” jurnalına müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, neftin və qazın daimi gəlir mənbəyi olmadığı məlumdur: “Bu baxımdan və neftin qiymətlərinin proqnozlaşdırılmasının çətin olmasını da nəzərə alaraq ölkədə iqtisadiyyatın diversifikasiyası haqqında düşünülür.” Məqalədə,həmçinin, Azərbaycanın yeni nəqliyyat mərkəzinə çevrilmə imkanlarından, ölkədə sərhədyanı bölgələrdə əlavə azad ticarət zonalarının yaradılması üçün potensialdan söhbət açılır.


 






Fikirlər