İpoteka ilə alınan evlər sökülür – Banklardan müraciət
Azərbaycan Banklar Assosiasiyasının “İpoteka krediti proqramının inkişafı üzrə Ekspert Qrupu”nun iclası keçirilib. İclasda qrup üzvlərindən əlavə İpoteka Fondunun digər müvəkkil banklarının nümayəndələri də iştirak ediblər.
Gündəlikdə olan əsas məsələ sökülməsi planlaşdırılan və ipoteka üzrə girovda olan evlərin taleyi ilə əlaqədar olub.
Bankların nümayəndələri sözügedən məsələlərin həlli ilə əlaqədar təkliflər səsləndirilib və əlaqədar qurumlara bu haqda müraciət etmək qərara alınıb. /”Turan”