Bu il paytaxtın əmlak bazarında qiymətlər azalacaq. İlin birinci yarısında qiymətlərdə həm dollar, həm də manatla ifadədə artım müşahidə olunmayacaq.
''AzerTaym.az''"XəzərXəbər"ə istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, 2015-2016-cı il paytaxtın mənzil bazarı üçün uğursuz və qeyri-sabit bir il olsa da, bu il qiymətlərin sabitləşəcəyi ehtimal olunur. Tələbin azalması və üstəlik təklifin çox olması bazardakı qiymətlərdən yan keçməyəcək.
Qiymət azalmalarına təsir edəcək başqa bir səbəb isə Rusiyada yaşayan azərbaycanlıların paytaxtdan mənzil almağa meyilli olmamalarıdır. Başqa bir səbəb isə evlərin gəlir mənbəyi kimi cazibəsini itirməsidir. Əgər əvvəlki illərdə mənzillər ucuz alınıb müəyyən bir müddətdən sonra baha satılaraq əlavə qazanc gətirə bildisə, artıq cari ildə bu real görünmür. Bu da qiymətlərin azalmasına səbəb olur.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, ilin birinci yarısında qiymətlər azalsa da, ikinci yarısından sonra isə qiymətlərdə sabitləşmə başlayacaq.
Əmlak eksertləri isə bu il mənzil alqısının paytaxtın bəzi zonalarında artacağını proqnozlaşdırırlar.
Ekspert Nüsrət İbrahimovun fikrincə, bu ilin mənzil alqısı baxımından uğurlu olmasının başqa bir səbəbi sosial evlərin tikintisi və ipoteka kreditlərinin verilməsidir.