"Dəmirbank"-ın daha 3 filialı BAGLANDI

“Dəmirbank”ın 3 filialı bağlanılıb

"AzerTaym.az" xəbər verir ki, bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, Bankın Xırdalan, Bakıxanov və İçəri Şəhər filialları ötən ilin sonundan etibarən fəaliyyətlərini dayandırıb. Hər 3 filial üzrə müştəri portfelləri digər filiallara ötürülüb. Xırdalan filialı Xəzər filialı ilə, İçəri Şəhər filialı Yasamal filialı ilə birləşdirilib. Bakıxanov filialı üzrə portfel isə Nəsimi və Mərkəz filiallarına ötürülüb. Bankdan  verilən məlumata görə, filialların ləğv edilərək portfelin digər filiallara ötürülməsi yeni biznes dövrünə keçid və xərclərin optimallaşdırlması ilə bağlıdır.

Qeyd edək ki, hazırda “Dəmirbank”ın Bakı üzrə 11, regionlarda isə 20 filialı fəaliyyət göstərir. 






Fikirlər