“Expressbank”ın rəhbəri DƏYİŞİR
“Expressbank” ASC-nin rəhbərliyində ciddi dəyişiklik baş verib. “APA-Economics” bank sektorundan əldə etdiyi məlumata istinadən xəbər verir ki, bankın Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov təqaüd yaşının çatması ilə əlaqədar tutduğu vəzifədən ayrılıb. Onu indiyədək İdarə Heyətinin sədri vəzifəsini tutan Emin Məmmədov əvəzləyəcək. Mənbə qeyd edib ki, öz növbəsində E. Məmmədovu İlham Həbibullayev əvəz edəcək. İ.Həbibullayev indiyədək İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.
“Artıq hüquqi prosedurların icrasına başlanılıb. Bu prosedurlar başa çatdıqdan sonra təyinatlar rəsmiləşəcək və ictimaiyyətə açıqlanacaq”, – deyə həmsöhbətimiz bildirib.