Beynəlxalq Bankın rəhbəri istefaya göndərildi
Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. Bu barədə Modern.az-a maliyyə dairələrindəki mənbə məlumat verib. O bu vəzifəyə 2015-ci ilin iyul ayında 4 il müddətinə seçilmişdi. Bu təyinata qədər isə E.Məmmədov "Kapital Bank"da (2009-cu ilin iyunundan) və "Azər Türk Bank"da (2014-cü ilin sonundan) İdarə Heyətinin sədri olub. Bankın İdarə Heyətinin sədri vəzifəsini Xalid Əhədov icra edəcək. O, 2016-cı il dekabrın 2-dən "Azər Türk Bank"ın İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.