22.08.2014- S.Müslümovun nazirliyindən şad xəbər
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, Goranboy, Tərtər, Beyləqan və İmişlidə hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evlərinin tikintisinə başlanılıb. İlin sonunadək həmin çoxmənzilli yaşayış evləri Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə veriləcək.
Xatırladaq ki, Azərbaycan prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən, cari ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş əlil və şəhid ailələri 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunacaqlar.
Ülviyyə