32 dövlət əmlakı ÖZƏLLƏŞDİRİLDİ

Image result for 32 dövlət əmlakı özəlləşdirildi

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.
Komitədən verilən məlumata görə, hərracda 32 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 19-u kiçik dövlət müəssisəsi, 7-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyətinə, 8 kiçik dövlət müəssisəsinə, 6 istifadəsiz qeyri yaşayış sahəsinə və 5 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 11 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib. Ümumilikdə isə 1 mln. manatdan artıq vəsait dövlət büdcəsinə köçürülüb.
Paytaxtda özəlləşdirilən 8 kiçik dövlət müəssisəsindən 3-ü Sabunçu, 3-ü Suraxanı digərləri isə müvafiq olaraq Nəsimi və Pirallahıda yerləşir. 6 istifadəsiz qeyri yaşayış sahəsindən isə 4-ü Nərimanovda, qalanları isə müvafiq olaraq Sabunçu və Nəsimi rayonlarındadır.
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 11 kiçik dövlət müəssisəsindən 3-ü Şəmkirdə, 2-si Sabirabadda qalanları isə müvafiq olaraq Sumqayıtda, Şəkidə, Daşkəsəndə, Salyanda, Zaqatalada və Ağsuda yerləşir. Bölgələrdə özəlləşdirlən qeyri yaşayış sahəsi isə Şirvan şəhərindədir.AzerTaym.az

 

 






Fikirlər