İki Avropa şirkəti Azərbaycanı tərk edib – Nümayəndəliyi LƏGV OLUNUB
Belçika Krallığının “Ravago Distribution Center” şirkətinin Azərbaycan nümayəndəliyi ləğv edildiyini bildirib. Almaniyanın “Bioworks AG” şirkəti də fəaliyyətini dayandırdığını elan edib. “Ravago Distribution Center” şirkəti Bakı nümayəndəliyini 2012-ci ilin yayında açıb. “Ravago” şirkətlər qrupunun bir sıra ölkələrdə istehsal müəssisələri var və Azərbaycanda da məhsul satırdı. O, tikinti, yeyinti, alkoqol, polimer sənayesi üçün xammal istehsalı üzrə qabaqcıl şirkətlərdəndir. (Turan)