Bəzi dövlət əmlakları ÖZƏLLƏŞDİRİLDİ

Bəzi dövlət əmlakları özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərrac keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Masallı və Daşkəsən şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisələri xidmət və kənd təsərrüfatı sahələrində əlverişli hesab edilir. Belə ki, Masallıda yerləşən ümumi faydalı sahəsi 558,5 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Daşkəsəndə yerləşən Lüləli mal-qara qəbulu məntəqəsi də sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 636,7 kv.m təşkil edir. Torpaq sahəsi isə 58 min 408 kv.m-dir. 

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 600 kv.m təşkil edir. 

Prosesdə müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapıb. Özəlləşən nəqliyyat vasitələrindən Avropa istehsalı olan avtomobillər üstünlük təşkil edib. Bunlara BMW 320, Fiat Doblo, Tofaş Şahin kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi isə 2004-2006-cı illəri əhatə edir.   

Hərracda səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib. Tərtər Konserv Açıq Səhmdar Cəmiyyətinin 30% səhm paketi sahibini tapıb. 






Fikirlər