“MƏZƏNNƏ SABİTLİYİ nəzarətdə saxlanılacaq” - MƏRKƏZİ BANK

“Məzənnə sabitliyi nəzarətdə saxlanılacaq”

“Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq”.

“AzerTaym” “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə  Heyətinin sədr müavini Alim Quliyev deyib. Onun sözlərinə görə, məzənnənin əlverişlilik səviyyəsi qurulmalıdır ki, ölkənin tədiyyə balansının yaxşılaşdırılma prosesləri indiki kimi davam etsin. “Milli iqtisadiyyatda yenidən balanslaşdırma proseslərini monetar siyasətlə aktiv dəstəkləmək üçün 2018-ci ildə də Mərkəzi Bank əsasən dayanıqlı artımın stimullaşdırılmasını və maliyyə sabitliyinin təmin olunması üçün ölkədə makroiqtisadi sabitliyin təmin olunmasını diqqətdə saxlayacaq. 2018-ci il üzrə proqnozlaşdırılan 6,1% səviyyəlik inflyasiyaya nail olmaq üçün hökumətlə koordinasiya olunmuş şəkildə siyasət yürüdüləcək. Bütün alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank inflyasiyaya azaldıcı təsir göstərən monetar siyasət yaratmağa çalışacaq. Bu mənada monetar şərait məcmu tələbin inflyasion artımını məhdudlaşdırmağa, eyni zamanda milli valyutada yığımları stimullaşdırmağa yönələcək”, - deyə A.Quliyev vurğulayıb.






Fikirlər