"Azəryolservis" loqotipini dəyişdi

"Azəryolservis" loqotipini dəyişdiNəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti loqotipini dəyişib.

Qurumdan Lent.az-a verilən məlumata görə, loqotip avtomobil yolu üzərində qurulub.
Yeni loqotipdə Azərbaycanın dövlət bayrağının rəngləri əksini tapıb. Loqotipin müəllifi Avropada fəaliyyət göstərən Azərbaycanın ən talantlı dizayneri Samir Sadıqovdur.

Yol təsərrüfatı orqanı 5 avqust 1998-ci ildə Nəqliyyat Nazirliyi təsis edildikdən sonra 23 iyun 2003-cü ildə “Yolnəqliyyatservis” Departamenti, sonradan ölkə başçısı İlham Əliyevin 22 fevral 2007-ci il tarixli sərəncamı ilə təşkilatı-hüquqi forması dəyişdirilərək “Azəryolservis” ASC-in yaradılması ölkənin yol infrastrukturunun təkmilləşdirilməsi, müasir standartlara uyğun yenidən qurulması istiqamətində mühüm addım oldu.






Fikirlər