22.02.2014. - Cavid Qurbanov ödənişli yolların yaradılması şərtlərini açıqladı

22.02.2014. -  Cavid Qurbanov ödənişli yolların yaradılması şərtlərini açıqladıAzərbaycanda ödənişli avtomobil yollarının yaradılması üçün ilk növbədə alternativ yolların olması lazımdır.

AzerTaym.az-ın “Trend”-ə istinadən verduyi məlumata görə, bunu bu gün jurnalistlərə Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin (yolların tikintisi və yenidən qurulması) rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, ödənişli yolların yaradılması üçün hüquqi baza da olmalıdır. Ölkədə ödənişli yollar haqqında qanun qəbul edilib. Lakin sənədin yerinə yetirilməsi üzrə hazırlıq işləri hələ başa çatmayıb.

C.Qurbanovun sözlərinə görə, dünyada ödənişli yolların yaradılması zamanı bu prosesdə yalnız özəl kapitaldan, yaxud dövlətin qismən iştirakı təcrübəsindən istifadə olunur.
Qurbanovun fikrincə, ödənişli yolların yaradılması üzrə pilot layihə kimi Bakı üçüncü dairəvi yolunun zolaqlarının sayının artırılması və genişləndirilməsi layihəsi xidmət edə bilər
.







Fikirlər