18.06.2014. - YOL İNFRASTRUKTUNDAKI BU GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR

18.06.2014. -  YOL İNFRASTRUKTUNDAKI BU  GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİRMüasir sivilizasiyanın yaranmasında müstəsna xidməti olan alman xalqı yolları dövlətin əsəb sistemi adlandırır.
Yəni bir ölkənin yolları qaydasında deyilsə, o ölkədə siyasi, iqtisadi və sosial problemlər daha da kəskin şəkil alır.

"Yol iqtisadiyyat, mədəniyyət bir sözlə həyat deməkdir!"

Mərhum Prezidentin bu kəlamı Azərbaycan xalqının yollarla bağlı min illərlə formalaşan düşüncəsinə tam uyğundur.Əbəs yerə deyilməyib ki, yol qurtaran yerdə həyat da qurtarır
.


Respublikamızda yolların dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ötən qısa müddət ərzində nə qədər dəyişdiyini keçmiş illərdəki yollarımızla müqayisə etmək yetərlidir. Orta və yaşlı nəsilin nümayəndələri unutmayıblar ki, sovet dövründə ən çox tənqid olunan sahələrdən biri və bəlkə də birincisi yolların bərbad olması və nəqliyyat vasitələrin köhnəliyi, məhdudluğu idi. Azərbaycan televiziyasının tənqidi proqramlarından olan “Mozalan” verilişində ən çox satira atəşinə tutulan sahə nəqliyyat və yollar olardı. Həmin kadrlara baxanda qısa müddətdə ölkəmizdə bu sahədə nə qədər dəyişikliyin baş verdiyini görmək olar.

Azərbaycanda nəqliyyat infrastrukturu və yolların qısa zamanda nə qədər dəyişdiyini vaxtilə bizimlə eyni ittifaqda təmsil olunan keçmiş sovet respublikalarındakı yolların hazırkı vəziyyəti ilə müqayisə etməklə də görmək olar.Ölkənin nəqliyyat infrastrukturu və yol təsərüffatının hazırkı vəziyyətini demək olar ki, keçmiş sovet respublikalarının böyük əksəriyyəti yalnız arzu edə bilər.Geridə qalmış Moldova, Ermənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan deyil, müəyyən qədər inkişaf etmiş Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkmənistanın vətəndaşları da Azərbaycanın yollarına ancaq həsəd apara bilərlər. Bir zamanlar Sovet İttifaqının ən yaxşı nəqliyyat infrastrukturuna və yollarına malik olan Rusiya Federasiyası da bu sahədə Azərbaycandan geri qalır.

Ölkəmizdə nəqliyyat infrastrukturunun və yolların əhəmiyyətinə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin nə qədər böyük əhəmiyyət verdiyini onun müdrik kəlamı çox gözəl göstərdiyi kimi, bu siyasətin həyata keçirilməsinə Prezident İlham Əliyevin nə qədər önəm verdiyini il ərzində dövlət başçısının imzaladığı fərman və sərəncamların monitorinqini aparmaqla daha aydın görmək olar.
Azərbaycan Prezidenti hər il bir neçə dəfə ölkənin nəqliyyat infrastrukturunun qurulması və yeni yollarının çəkilməsi, köhnələrin yenilənməsi ilə bağlı fərman və sərəncamlar imzalayır.Dövləti başçısının ölkənin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yolların yenilənməsinə verdiyi önəmi bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin miqyası da əyani göstərir.
Azərbaycan nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun
qurulmasında Nəqliyyat
Naziri Ziya Məmmədovun böyük xidmətləri var.


18.06.2014. -  YOL İNFRASTRUKTUNDAKI BU  GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR

Nəqliyyat Nazirliyi yaranarkən yeni yaranan nazirliyin rəhbərliyinə kimin təyin olunması ilə bağlı o zaman bir neçə şəxsin adı hallansa da, Ümummilli Lider Heydər Əliyev bütün seçimlərində doğru qərar verdiyi kimi burda da namizədlərin içərisindən ən layiqlisini seçdi.
Tarix o böyük insanın doğru seçim etdiyini təsdiqlədi.


Azərbaycanda yeni yolların çəkilməsindən və köhnə yolların yenidən qurulmasından danışarkən “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanovun xidmətlərini qeyd etməmək ədalətsizlik olardı.
Paytaxdan ölkənin ən ucqar rayonlarına, hətta sərhəd rayonlarının yollarına kimi eyni şəkildə diqqətdə saxlanılması, yolların əhəmiyyət dərəcəsinə görə ayrı-seçkilik etməmək ancaq bu sahəni dərindən bilən peşəkar mütəxəsisə müəyyəsər ola bilər. “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun uğurunun sirri də budur. “Azəryolservis” ASC-nin mükəmməl bir struktura çevrilməsi isə Cavid Qurbanovun təşkilatçılıq istedadının nəticəsidir.

18.06.2014. -  YOL İNFRASTRUKTUNDAKI BU  GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR

Bir təşkilatın qısa müddət ərzində bu qədər uğur qazanmasında onun rəhbərliyinin öz peşəsinin peşəkarı olması, təşkilatçılıq istedadı və gördüyü işə münasibətdə nümayiş etdirdiyi məsulliyət hissinə bağlıdır. Bütün bu keyfiyyətləri isə quruculuq işlərinə yönəldən heç şübhəsiz vətən sevgisi, dövlətə bağlılıq və Prezidentə sədaqət hissidir.
Müdrik el sənətkarı Dədə Şəmşir ocağının nümayəndəsi də məhz belə olmalııdr. Vətənini sevən, dövlətinə bağlı və Prezidentinə sədaqətli. Yeri gəlmişkən Cavid Qurbanovun bu keyfiyyət və istedadını ilk hiss edən də məhz müdrik el sənətkarı olmuş və “Cavidin böyük gələcəyi var, onu qoruyun”-demişdir. İllər öncə müdrik el sənətkarının uzaqgörənliklə söylədikləri bu gün təsdiqini tapmışdır.

Azərbaycanda yol infrastrukturunun nə qədər sürətlə yeniləndiyini ən yaxşı müşahidə edən peşə sahibiləri isə heç şübhəsiz ki, jurnalistlərdir. Cəmiyyətdə baş verən dəyişiklikləri izləməklə məşğul olan jurnalistlər Azərbaycanda yolların necə və hansı keyfiyyətlə qurulduğunu daha aydın görür və hissedirlər. Artıq əminliklə demək olar ki, bu yollar bir ittifaqın ucqar əyalətinin yox, müstqəil dövlətin yollarııdr. Bunu Azərbaycana səfər edən diqqətli turistlər də dərhal hiss edir. Bu hiss onlarda həm də artıq Azərbaycan dövlətinin dünyada öz layiqli yerini tutmağa başladığını göstərir.
Yollar ölkənin simasıdır və Azərbayacn yolları bu ölkənin artıq inkişaf etmiş bir ölkə olduğunu nümayiş etdirir. “Azəryolservis” ASC-nin kollektivi bu uğurları ilə fəxr edə bilər. Çünki onlar keçmiş əyalət respublikasının simasının dəyişməsində ən böyük işlərdən birini görürlər və bununla həqiqətən fəxr etməyə dəyər. Bu həm də uzun illər qalacaq bir izdir ki, gələcək nəsillər bu işləri görənləri hökmən hörmətlə xatırlayacaqlar.

Təəssüf ki, bu gün ölkənin nəqliyyat sektorunda və yol sahəsində baş verən böyük yenilikləri qaralamağa çalışanlar da var. Bu azmış kimi bəzi müxalifət və müstəqil mətbuat adı altında müammalı dairələr tərəfindən idarə olunan media təmsilçiləri Ziya Məmmədovla Cavid Qurbanov arasında hansısa problemlərin olması haqqında dayanmadan nağıllar uydururlar. Burada diqqət çəkən bir məqam özünü qabarıq göstərir. Sanki kimlərsə və hansısa dairələrsə belə vəziyyətin yaranmasını çox arzu edir və öz arzularını reallıq kimi cəmiyyətə sırımağa nail olmağa çalışırlar. Əlbətdə burada Prezident İlham Əliyevin komandasının monolitliyinə şübhə yaratmaq və mümkün olarsa buna nail olmaq cəhdi də var. Digər tərəfdən İlham Əliyevin də qeyd etdiyi kimi bu gün Azərbaycan böyük nəqliyyat mərkəzinə çevrilib. Təbbi ki, bu hansısa dairlərin xoşuna gəlmir və bu prosesə mane ola biləcək istənilən addıma hazırdılar.
Təəssüf doğuran hal bəzi media orqanlarının bu oyuna alət olmalarıdır. Ancaq bütün bu cəhdlərin heç bir səmərə verməyəcəyi də məlumdur.
Birincisi, Prezident İlham Əliyev komanda üzvlərinin fəaliyyətini gördükləri işlərə görə qiymətləndirir. İkincisi, İlham Əliyevin komandasında hər bir vəzifəli şəxs subardinasiya qaydalarına ciddi riayyət edir və iqtidarın uğurlarının bir səbəbi də şübhəsiz ki, budur. Ən nəhayət Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi dövlət başçısı və onun komandasının hər bir üzvü bu vəzifədə xalqa xidmət etmək üçün təmsil olunurlar.
Xalq bu hakimiyyətin davam etməsini istədiyi müddətdə heç bir daxili və ya xarici qüvvə onun mövqeyinə təsir edə bilməz.
Prezidentin qeyd etdiyi kimi amalları xalqa xidmət etmək olan məmurların fəaliyyətinə heç kim kölgə sala bilməz.


Azər ABDUL.


18.06.2014. -  YOL İNFRASTRUKTUNDAKI BU  GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR
18.06.2014. -  YOL İNFRASTRUKTUNDAKI BU  GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR
18.06.2014. -  YOL İNFRASTRUKTUNDAKI BU  GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR
18.06.2014. -  YOL İNFRASTRUKTUNDAKI BU  GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR
18.06.2014. -  YOL İNFRASTRUKTUNDAKI BU  GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR
18.06.2014. -  YOL İNFRASTRUKTUNDAKI BU  GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR
18.06.2014. -  YOL İNFRASTRUKTUNDAKI BU  GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR
18.06.2014. -  YOL İNFRASTRUKTUNDAKI BU  GÜNKÜ İNKİŞAF DÖVLƏT BAŞÇISININ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR






Fikirlər