Bağlanan BANKLARIN qeyri-yaşayış sahələri HƏRRACA ÇIXARILIR

Ləğv prosesində olan ”Texnikabank” ASC-nin balansında olan 3 ədəd və ləğv prosesində olan QSC “Bank Standard” KB-nın balansında olan 1 ədəd qeyri-yaşayış sahəsi  hərrac yolu ilə icarəyə çıxarılır.

AzerTaym.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Auksion 2018-ci il yanvarın 5-də saat 12:00-da Fondun Bakı şəh., Babək pros.16 ünvanında yerləşən inzibati binasında keçiriləcək. 






Fikirlər