Yanvarın 1-dən nələr BAHALAŞACAQ...
.Bəzi xidmətlər, spirtli içkilər və tütün məmulatları, maşınların gömrük rüsumu artacaq; ucuzlaşan məhsullar da olacaq Yeni ilə sayılı günlər qalır. Bayram öncəsi əhalini narahat edən məsələlərdən biri də qiymətlərin artımı ilə bağlıdır. Adəti üzrə bu ərəfədə bazarlarda qiymət artımı müşahidə edilir. Digər tərəfdən cari ilin son aylarında hökumətin vergi və gömrük rüsumları ilə bağlı verdiyi bəzi qərarlarda var ki, məhz yanvar ayının 1-dən etibarən qüvvəyə minəcək. Bu da həmin qərarlara uyğun olaraq müxtəlif bazarlarda qiymət artımına gətirib çıxara bilər. Ümumilikdə, yanvarın 1-dən hansı mal və məhsullarda bahalaşma gözlənilir? Bu sualı “Yeni Müsavat”a açıqlamasında cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli ilk növbədə spirtli içkilərin və tütün məmulatlarının aksiz vergisinin artırılmasına diqqət çəkdi: “Dəqiq məlumat odur ki, spirtli içkilər və tütün məmulatları yanvar ayının 23-də qüvvəyə minən qərarla təqribən 20-25 faiz bahalaşacaq. Həmin məhsullarda kifayət qədər nəzərə çarpan bahalaşma olacaq. Çünki aksiz vergiləri birdən-birə iki dəfəyə yaxın qaldırıldı. Bu da qiymətlərə birbaşa təsir edən amilə çevriləcək. Ölkəyə gətirilən yeni və köhnə avtomobillərin aksiz vergisi də dəyişdirildi. Yeni avtomobillərdə hər kubsantimetrə görə 40 sent idi, bu 70 sentə qaldırıldı. Köhnə avtomobillərdə 70 sent idi, 1.20 dollara qaldırıldı. Nəyə görəsən bu yalnız dollarla hesablanacaq və dolların cari məzənnəsinə uyğun olaraq manat ekvivalentində vətəndaşdan tutulacaq. Deməli yanvar ayından avtomobillərdə də qiymət artımının olması gözlənilir”. Ekspert bəzi məhsullarda ucuzlaşma ola biləcəyini də dilə gətirdi: “Bəzi məhsulların, xüsusən kərə yağının gömrük rüsumları aşağı salınmışdı. Bu bazara cüzi də olsa təsir etməyə başlayıb, bundan sonra da təsir edə bilər. Təqribən 50 qəpik-1 manat intervalına qiymətlə ucuzlaşa bilər. Başqa bir qərar isə aviasiya texnikasının ölkəyə gətirilməsinin aksiz vergisi və rüsumları sıfırlandı. Bunun vətəndaşlara birbaşa aidiyyəti olmasa da, AZAL-ın və onun törəmə şirkətlərinin xərclərini azalda bilər. Bu da qiymətlərə müsbət təsir edə bilər, şirkətlərin müəyyən endirimlərə getməsinə səbəb ola bilər. Əsas nəzərəçarpacaq və əhalinin bir qisminə təsir göstərəcək qərarlar son zamanlar spirtli içkilər və tütün məmulatları ilə bağlı oldu. O da kifayət qədər böyük bir həcmə malikdir. Ölkədə il ərzində spirtli içkilərə və tütün məmulatlarına 4 milyard manatdan yuxarı vəsait xərclənir. Bu qərar əhalinin müəyyən qisminə təsir göstərəcək. Düzdür, bu sosial məsələ deyil və sosial narazılığa da səbəb ola bilmir”. N.Cəfərlinin fikrincə, ərzaq bazarında yağın qiymətindən başqa ciddi bir dəyişiklik, yəni ucuzlaşma olacağı gözlənilmir: “Əksinə, mən düşünürəm ki, mövsümi xarakterli təsirlər də artacaq və yeni məhsullar çıxana qədər kənd təsərrüfatı məhsullarına qiymət azalması gözləmək əbəsdir. Ərzaq məhsulları ilə bağlı Azərbaycanda pis bir ənənə var ki, bayram öncəsi qiymət artımları olur. Həmin tendensiya bu gün də hiss olunur. Novruz bayramı öncəsi də müşahidə olunacaq. Yerli kənd təsərrüfatı məhsulları əsasən aprel ayının sonu, may ayının əvvəlindən bazara çıxmağa başlayır. İlk həftələrdə çox baha olsa da, bir müddət sonra yerli məhsul bolluğu yarananda qiymətlərə müsbət təsir göstərir. Təxminən hələn ilin iyun ayının əvvəlindən kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma müşahidə edə biləcəyik”. Yeni ilə sayılı günlər qalır. Bayram öncəsi əhalini narahat edən məsələlərdən biri də qiymətlərin artımı ilə bağlıdır. Adəti üzrə bu ərəfədə bazarlarda qiymət artımı müşahidə edilir. Digər tərəfdən cari ilin son aylarında hökumətin vergi və gömrük rüsumları ilə bağlı verdiyi bəzi qərarlarda var ki, məhz yanvar ayının 1-dən etibarən qüvvəyə minəcək. Bu da həmin qərarlara uyğun olaraq müxtəlif bazarlarda qiymət artımına gətirib çıxara bilər. Ümumilikdə, yanvarın 1-dən hansı mal və məhsullarda bahalaşma gözlənilir? Bu sualı “Yeni Müsavat”a açıqlamasında cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli ilk növbədə spirtli içkilərin və tütün məmulatlarının aksiz vergisinin artırılmasına diqqət çəkdi: “Dəqiq məlumat odur ki, spirtli içkilər və tütün məmulatları yanvar ayının 23-də qüvvəyə minən qərarla təqribən 20-25 faiz bahalaşacaq. Həmin məhsullarda kifayət qədər nəzərə çarpan bahalaşma olacaq. Çünki aksiz vergiləri birdən-birə iki dəfəyə yaxın qaldırıldı. Bu da qiymətlərə birbaşa təsir edən amilə çevriləcək. Ölkəyə gətirilən yeni və köhnə avtomobillərin aksiz vergisi də dəyişdirildi. Yeni avtomobillərdə hər kubsantimetrə görə 40 sent idi, bu 70 sentə qaldırıldı. Köhnə avtomobillərdə 70 sent idi, 1.20 dollara qaldırıldı. Nəyə görəsən bu yalnız dollarla hesablanacaq və dolların cari məzənnəsinə uyğun olaraq manat ekvivalentində vətəndaşdan tutulacaq. Deməli yanvar ayından avtomobillərdə də qiymət artımının olması gözlənilir”. Ekspert bəzi məhsullarda ucuzlaşma ola biləcəyini də dilə gətirdi: “Bəzi məhsulların, xüsusən kərə yağının gömrük rüsumları aşağı salınmışdı. Bu bazara cüzi də olsa təsir etməyə başlayıb, bundan sonra da təsir edə bilər. Təqribən 50 qəpik-1 manat intervalına qiymətlə ucuzlaşa bilər. Başqa bir qərar isə aviasiya texnikasının ölkəyə gətirilməsinin aksiz vergisi və rüsumları sıfırlandı. Bunun vətəndaşlara birbaşa aidiyyəti olmasa da, AZAL-ın və onun törəmə şirkətlərinin xərclərini azalda bilər. Bu da qiymətlərə müsbət təsir edə bilər, şirkətlərin müəyyən endirimlərə getməsinə səbəb ola bilər. Əsas nəzərəçarpacaq və əhalinin bir qisminə təsir göstərəcək qərarlar son zamanlar spirtli içkilər və tütün məmulatları ilə bağlı oldu. O da kifayət qədər böyük bir həcmə malikdir. Ölkədə il ərzində spirtli içkilərə və tütün məmulatlarına 4 milyard manatdan yuxarı vəsait xərclənir. Bu qərar əhalinin müəyyən qisminə təsir göstərəcək. Düzdür, bu sosial məsələ deyil və sosial narazılığa da səbəb ola bilmir”.
N.Cəfərlinin fikrincə, ərzaq bazarında yağın qiymətindən başqa ciddi bir dəyişiklik, yəni ucuzlaşma olacağı gözlənilmir: “Əksinə, mən düşünürəm ki, mövsümi xarakterli təsirlər də artacaq və yeni məhsullar çıxana qədər kənd təsərrüfatı məhsullarına qiymət azalması gözləmək əbəsdir. Ərzaq məhsulları ilə bağlı Azərbaycanda pis bir ənənə var ki, bayram öncəsi qiymət artımları olur. Həmin tendensiya bu gün də hiss olunur. Novruz bayramı öncəsi də müşahidə olunacaq. Yerli kənd təsərrüfatı məhsulları əsasən aprel ayının sonu, may ayının əvvəlindən bazara çıxmağa başlayır. İlk həftələrdə çox baha olsa da, bir müddət sonra yerli məhsul bolluğu yarananda qiymətlərə müsbət təsir göstərir. Təxminən hələn ilin iyun ayının əvvəlindən kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma müşahidə edə biləcəyik”.