“KAPİTAL BANK” ASC-nin səhmdarlarının növbəti İCLASI KEÇİRİLİB

“Kapital Bank” ASC-nin səhmdarlarının növbəti iclası keçirilib

14 mart 2018-ci il tarixində Kapital Bank-ın Baş ofisində keçirilən Bankın Səhmdarlarının növbəti ümumi yığıncağının qərarına əsasən, 19 mart 2018-сi il tarixindən etibarən Bankın 13 mart 2018-ci il tarixinə olan səhm sahiblərinə dividentlərin ödənilməsinə başlanacaq.

Dividentləri almaq üçün Bakı şəhərində yaşayan səhmdarlar Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə Kapital Bank-ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.






Fikirlər