Pensiyaçılara ŞAD XƏBƏR
Ölkə üzrə pensiyaların maliyyələşdirilməsinə başlanılıb. AzerTaym.az xəbər verir ki, sentyabrın 10-dan Naxçıvan MR, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda pensiyalar hesablara köçürülüb. Qeyd edək ki, qrafik üzrə sentyabrın 13-də respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 19-da respublikanın digər rayonları üzrə pensiyaların Dövlət Sosial Müdafiə Fondunun orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilir. Ayın sonuna doğru hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyaları maliyyələşdirilir.