“Kölgə iqtisadiyyatı”nın vergiyə cəlb edilməsi 3 milyard gətirə bilər”
Azərbaycanda “kölgə iqtisadiyyatı”nın hətta bir hissəsinin vergiyə cəlb olunması dövlət büdcəsinə ildə orta hesabla əlavə 1,8-3 mlrd. manat vəsait cəlb olunması deməkdir.
Bunu millət vəkili Əli Məsimli Milli Məclisin İqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, Dünya Bankının rəqəmlərində Azərbaycanda “kölgə iqtisadiyyatı” 60%, Dövlət Statistika Komitəsinin rəqəmlərində isə 7-8% təşkil edir: “Məncə, bunun heç biri düzgün deyil və bu göstərici təxminən 33% təşkil edir”.
Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası məsələsi müzakirə olunub və sənəd parlamentin plenar iclasına tövsiyə olunub. /Report