“Onlar kölgə yox, kök altındadır”- Oqtay Əsədov

“Onlar kölgə yox, kök altındadır”- Oqtay ƏsədovMilli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov iqtidar-müxalifət dialoqundan danışıb.Millət vəkili qeyd edib ki, dünən ölkədə YAP, Prezident Administrasiyası və siyasi partiyaların iştirakı ilə görüş keçirilib: “Bu, ictimaiyyət tərəfindən də yaxşı qarşılandı. Görüşdə həm siyasi sisteminin formalaşması, həm də qanunvericiliyə edilən dəyişikliklər edilməsi, ölkənin taleyüklü məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıldı. Bu görüşlərin mütəmadi olaraq keçirilməsi ölkədə hər bir işin şəffaf şəkildə həll edilməsinin bariz nümunəsidir. Bundan sonra dövlət həyatında baş verən hadisələrdə siyasi partiyalar öz təkliflərini verə biləcək. Təəssüflər olsun ki, legitimliyi olmayan, ayrı-ayrı qüvvələrə xidmət edən və onların maraqlarını həyata keçirənlər öz mətbuatında bu görüşün üzərinə kölgə salmaq istəyirlər. Amma başqa vaxt ATƏT-nin tədbirlərində cangfəşanlıq göstərirlər. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən öyrədilir. Görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olundu. Əgər özlərini prosesdən ayrı salırlarsa, deməli xalqdan deyillər”.

BAXCP sədri Qüdrət Həsənquliyev də məlum görüşün əhəmiyyətindən danışaraq tədbirə qatılmayanları yenidən öz yanlış mövqələrinə baxmağa və korrektələr etməyə çağırıb. O bildirib ki, həmin qurumlar nə qədər çalışsalar da bu tədbirin üzərinə kölgə sala bilməyəcəklər.

Spiker Oqtay Əsədov isə millət vəkillərinin fikirlərinə belə reaksiya verib: “Qüdrət müəllim, Siz də, Siyavuş Novruzov da bayaqdan kölgə altında sözünü işlədirsiniz. Bu qüvvələr neçə vaxtdır ki, “dialoq” deyirdilər. Ancaq həmin tədbirə qatılmadılar. Bu onu göstərir ki, onlar kölgə altında yox, kök altındadırlar”
.






Fikirlər