Müxalifətçidən YAP rəsmisinə cavab
Rəşad Əlizadədən gəlib.
Avrasiya.net R.Əlizadənin sosial səhifəsində yazdığı statusu təqdim edir:
Hörmətli Siyavuş Novruzov bu günlərdə yerli saytların birinə verdiyi müsahibəsində müxalifət partiyaların bostanına yenə də daş atıb.
YAP rəsmisi bildirib ki, bu il parlament seçkilərində iştirak etmək üçün muxalifət partiyaların namizədliyini irəli sürəcək üzvləri yoxdur. Necə olur ki, ötən parlament seçkisində Azərbaycanın bütün seçki məntəqələrində öz namizədliyini irəli sürən YAP-çıların mandatlarının sayı 125 çatırdı.
Əgər hakim partiya Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərdən çəkinməsəydi parlamentin bütün üzvləri YAPlaşdırardı. Qaldi ki, S.Novruzovun müxalifət partiyaların namizəd qıtlığı çəkməsini deməsinə, imkan və geniş meydan verilsəydi, müxalifətçilər də öz güclərini sınaya bilərdilər. Hakim partiya ədalətli və demokratik seçki mühitindən danışır, Azərbaycanda bu prinsiplər qorunurmu? Əgər Azərbayanda seçkilər demokratik və ədalətli keçirilsəydi, onda müxalifət daha çox mandant qazanardı.
Tələbəlik və hərbi xidmət zamanında biz seçiciləri hədələyirdilər ki, YAP-ın namizədinə səs verməsəniz işiniz pis ola bilər. Komandir əmr edirdi ki, YAP-ın üzvünə səs verməlisiniz, əks halda 5 sutka “qumbaq” gözləyir sizi. Ona görə, rektorlara, direktorlara, hərbi hissə komandirlərinə bir az qeyrət gəlsə seçki günü heç kimi məcbur etməsələr, inanın ki, “müxalifətin namizədi yoxdur” deməyinizə peşman olarsınız, hörmətli Siyavuş müəllim. O ki, qaldı müxalifət partiyaların seçkilərə blok şəklində qatılmasına, bütün demokratik dövlətlərdə bu üsuldan istifadə edilir. Azərbaycanda düzdür, “cırtdan” müxalifət partiyaları da az deyil.
Amma sözün həqiqi mənasında geniş potensiala malik olan müxalifət partiyalarının hər biri 125 seçki dairəsindən 2-3 namizəd irəlü sürmək iqtidarındadır. Siyavuş Novruzov müxalifət partiya sıralarında təmsil olanların bilik və bacarıq potensialına heç də şübhə ilə yanaşmasın. Əgər buna şübhəsi varsa tv-lərdə iqtidar və müalifət nümayəndələri arasında diskussiyalar təşkil edilsin. Qoy Siyavuş müəllim bizim siyasi bilik və bacarığımızı orada ictimaiyyətə faş etsin. Əgər ötən ilin sonlarında Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov 5-10 müxalifət partiyası sədrləri ilə dialoq keçirirsə, onlarla hər hansı bir məsələlərin müzakirəsinə qatılırsa, deməli, Azərbaycanda potensial müxalifət partiyaları mövcuddur.
Siyavuş müəllim seçkidən-seçkiyə müxalifət partiyalarının namizədi olub, olmayacağını araşdırmaqdansa, buna münasibət bildirməkdənsə, yaxşı olardı ki, Seçki Məcəlləsinin Venesiya Komissiyasının rəy və təvsiyyələrinə uyğun formalaşdırmasına çalışsın. Seçki Məcəlləmizdə nəzərdə tutulan bir çox müddəalar hakim partiyanın maraqlarına cavab verdiyindən bu sənədin təkmil və Avropa standartlarına cavab verdiyini olduğunu bildirirlər. Azərbaycanda Seçki Məcəlləsi o zaman bu standatrlara cavab verilə bilər ki, seçkilər ədalətli və demokratik keçirilsin. Siyavuş müəllim, 2010-cu il parlament seçkilərni müşahidə edən beynəlxalq müşahidəçilərin hesabatlarına nəzər yetirsəydi, onda müxalifətin üstünə bu qədər gəlməz və onları aşağılamağa cəhd göstərməzdi. Azərbaycanda müxalifətin gücünə Avropa yaxşı bələddir”. (Avrasiya.net)