Azərbaycanın "qara qızıl"ı UCUZLAŞIB
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 68,2 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 3,95 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 67,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,98 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 13-də 63,25 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,02 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 13-də 65,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,95 dollar/barel azdır.