“BÜDCƏMİZDƏ NEFTİN QİYMƏTİNİN 60 dollar götürülməsi RİSKDİR” - EKSPERT

“OPEK +”un neft hasilatının gündəlik 1.2 milyon barel azaldılması ilə bağlı qərarı “qara qızılın” qiymətlərinin artırılması deyil, stabilləşdirilməsi məqsədi daşıyır. 

Bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, OPEK qiymətin hər barel üçün 60-65 dollar intervalında dəyişməsinə və volatilliyin azalmasına çalışır. 
Son 2 ayda Brent markalı neftin bir barelinin qiymətinin 86 dollardan 60 dollaradək azalmasına baxmayaraq, şist neft hasilatında da artımlar var. Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyat üçün gələn ilki gözləntiləri bədbindir. Bu isə o deməkdir ki, hasilatın azaldılması ilə bağlı anlaşmaya baxmayaraq, gələn il yenidən neftin bir barelinin orta qiyməti 60 dollarlıq psixoloji həddən aşağı ola bilər. Bu isə Azərbaycan Maliyyə Nazirliyinin 60 dollardan hesabladığı dövlət büdcəsi üçün heç də yaxşı siqnal olmayacaq. Neft bazarındakı mövcud qiymət dəyişmələri fonunda dövlət büdcəsində bir barelinin qiymətinin 60 dollar götürülməsi riskli hesab olunur”.






Fikirlər