İcra başçısı hesabat verdi...

İcra başçısı hesabat verdi...Bu gün “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunan İcra başçısı yanında Şuranın iclası keçirilib.

İH-dən "AzerTaym.az-a daxil olan məlumata görə, rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələriin qatıldığı tədbirdə İcra başçısı Abdin Fərzəliyev çıxış edərək qarşıda duran vəzifələri diqqətə çatdırıb.

İlk 6 ayın yekunlarına görə xidmətlər də daxil olmaqla 1 milyard 112 milyon manatlıq məhsul istehsal olunduğu, ötən ilin müvafiq dövrünə nisbətən 95,3 faiz artım sürəti əldə edildiyi, istehlakçılara 1 milyard 134 milyon manatlıq və ya bütün sənaye məhsulunun 101,7 faizi qədər sənaye məhsulu göndərildiyi, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 88,4 faiz təşkil etdiyi, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2086 daimi iş yerinin yaradıldığı barədə məlumat verilib.

Bildirilib ki, yeni inşa olunan Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri böyük sürətlə və yüksək keyfiyyətlə həyata keçirilib, stadionunun ətrafında sahəsi 15 hektar olan yamacda yaşıllıqlar salınıb, müxtəlif ağac və bəzək kolları əkilərək, müasir suvarma sistemi quraşdırılıb. Həmçinin, Böyük Şor gölü ətrafında Olimpiya Stadionuna yaxın ərazidə yeni bulvar zolağı salınaraq, rayon sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Rayonun Heydər Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində yeni park salınıb.

Eyni zamanda diqqətə çatdırılıb ki, “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri yerinə yetirilib.

Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisi sürətlə və yüksək keyfiyyətlə davam etdirilib və həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Eyni zamanda, Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3A ünvanlarda müasir memarlıq üslubunda inşa edilmiş yeni yaşayış binaları istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verilib.

Sonra Prezidentin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli, 1282 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş İcra başçısının birinci müavini Şahmar İbadova həmin ali mükafat təqdim edilib.

Eyni zamanda, Milli Məclisin deputatı Adil Əliyevə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təsis edilən “Veteran həmrəyliyinə görə” medalı təqdim olunub.






Fikirlər